Logo Proqramları dəstək forumu
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Logo Start proqramı haqqında

Aşağa gitmek

Logo Start proqramı haqqında Empty Logo Start proqramı haqqında

Yeni mövzu  Admin C.a. Sen. 18, 2008 4:59 am

Logo Start proqramı haqqında Start10


LOGO START-ın “ən yaxşı” xüsusiyyətləri sizin sərəncamınızda!

Ən asan

Wizards
Qoy onlar sizin bələdçiniz olsun!
Wizard-ın quraşdırılması Sizin seçiminizin elə ilk başlanğıcından şirkət, dövr, anbar, istifadəçi və terminal müəyyənləşmələrini asanlıqla yaratmağa imkan verəcək.

Card Generation Wizard arzu olunan bütün xüsusiyyətlərdə material, müştəri və təchizatçı qeydiyyatlarını yaratmağa Sizə imkan verir. Siz material və cari hesablar üçün tələb olunan əsas informasiyalara daxil olduğunuz zaman səhv etməməyiniz üçün wizard Sizə addımbaaddım bələdçilik edəcək.


Ən tez

LOGO START ilə əməliyyatlar daha tezdir!
Kart və Blank siyahılarından qeydiyyat və hesabat əməliyyatları
LOGO START Sizə əməliyyatları birbaşa kart və blank siyahılarından həyata keçirmək imkanı verir. Bu xüsusiyyət Sizə birbaşa müştəri siyahısı vasitəsilə müvafiq sənədlərə daxil olmaq və seçilmiş müştəri üzrə istər hesab təqdim etmək, istərsə də vəsait toplamaq imkanı verəcək.
Bundan əlavə, LOGO START ayrıca ekranda çoxsaylı əməliyyatları həyata keçirmək üçün AR/AP və material siyahıları vasitəsilə hesabatlara çıxış imkanı yaradacaq.

Alğı Hesab-Fakturalarından birbaşa Satış Hesab-Fakturalarının Yaradılması
Əgər Siz alğı hesab-fakturasını almışsınızsa və onun birbaşa müştəriyə ötürmək istəyirsinizsə, onda LOGO START alğı hesab-fakturadan satış hesab-fakturası yaratmağa imkan verərək Sizin işinizi daha da asanlaşdıracaq.

Nümunə sənədləri ilə məlumatların tez və qüsursuz daxil edilməsi
LOGO STARTLA Sizin eyni əməliyyatı dəflərlə təkrarlamağınıza ehtiyac yoxdur. LOGO START Sizə tez-tez istifadə edilən sənədləri şablon kimi yaddaşda saxlamaq imkanı verir. Bunun da nəticəsində bu şablonlardan istifadə etməklə müntəzəm şəkildə verilən satış və alğı hesab-fakturalarını tez bir zamanda və qüsursuz şəkildə yaratmaq mümkündür.

Qeydin Avtomatik şəkildə yaradılması
Siz sürətlə işləmək və çoxlu sayda hesab-fakturaları birdəfəyə vermək istəyirsiniz. LOGO START avtomatik şəkildə Sizin əlavə etməli olduğunuz yeni blankları göstərə bilər.

İnterfeysin quraşdırılması
Sizin hər hansı bir proqram bilgisinə malik olmağınıza ehtiyac yoxdur. LOGO START Sizə biznes proseslərinisə uyğun gələn quraşdırılmış ekranları tərtib etmək imkanı verir. Siz kartlara sahələr əlavə edə və sonra bu sahələrdən istifadə etməklə siyahılar daxilində araşdırma apara bilərsiniz.

Sizin biznes tələbatlarınıza cavab vermək üçün LOGO START uyğunlaşdırıla bilər
Tələbatlarınıza cavab verilməsi üçün LOGO START-dan istifadə etməklə Siz lazım olan sütunu seçmək üçün siyahı və blanklarda verilən “gizlədilən sütunları göstərmək” seçimindən istifadə edə bilərsiniz.


İstifadəçi üçün rahat

Alternativ Əsas Menyu
LOGO START-ın yeni brendi olan “əsas menyu” ayrıca ekran vasitəsilə bütün funksiyalara asan çıxışı təmin edir. Siz bir və ya iki alternativi seçməklə hansı çıxış ağacından istifadə etmək qərarını verə bilərsiniz.

Admin Console
LOGO START-ın Admin Console-si Sizin şirkətiniz haqqında ən həlledici informasiyaları göstərə bilər. Sizin seyfinizdə nə qədər nağd pul var? Nə qədər ödəniş edilməlidir? Ən yaxşı satılan məhsul hansıdır? Sizin ən böyük müştəriniz kimdir? Admin Console bu cür informasiyalara çıxış üçün tələb olunan hesabatların təqdim edilməsini aradan qaldırır.

Müxtəlif Mövzular
Hər gün tamamilə eyni cür görünən ekranda işləməkdən yorulmuşsunuz? Əgər “hə” cavabı verirsinizsə, onda Sizin ilk əvvəl görməli olduğunuz şey LOGO START-ın öncədən müəyyən edilmiş mövzularından başqa birini seçməklə onu dəyişməkdir.


Smart


Yeni Brend!
LOGO START yada salır, izləyir və məlumat verir
LOGO START-ın unikal xüsusiyyətləri Sizə məlumatlarınızı tez bir zamanda və təhlükəsiz daxil etməyə imkan verir. LOGO START-la fəaliyyətlərinizin planlaşdırılması və yada salmaq seçimindən istifadə etməklə ödəniş və tapşırıqlarınızı izləyə bilərsiniz.

Tapşırıqları Planlaşdıran
LOGO START ilə Siz qrafikləşdirilmiş tapşırıqları müəyyən edə və işləyə bilərsiniz. Məsələn, əgər Siz bir neçə məlumatın hər axşam bir hissəsini HQ_ya köçürmək istəsəniz, onda Siz avtomatik şəkildə əvvəlcədən qrafikləşdirilmiş vaxt ərzində məlumatları köçürtmək üçün tapşırığı müəyyən edə bilərsən.


Uyğunluq

Windows ilə tam şəkildə uyğun gəlir
LOGO START tam şəkildə MS Windows ilə uyğun gəlir və Sizə aşağıdakıları həyata keçirməyə imkan verir:
• birbaşa e-poçt vasitəsilə hesabları müvafiq personala ötürmək,
• Çoxsaylı tapşırıqları yerinə yetirmək bacarığı ilə çoxsaylı tapşırıqları birdəfəyə yerinə yetirmək.
• MS-əsaslı şəbəkələrdə qüsursuz işləmək və
• Qrafik istifadəçi interfeysinin köməkliyi ilə tətbiqetmə xüsusiyyətlərindən asanlıqla istifadə etmək.

Relyasion Məlumat Bazası və Daxil edilmiş Struktur
LOGO START MS DE/MS SQL Server relyasion məlumat bazası ilə təhləsizliyin ən yüksək səviyyəsini təmin edir.

MS Excel ilə məlumat mübadiləsi
LOGO START Sizə MS Excel ilə məlumat mübadiləsi etməyə icazə verir. Təchizatçılarınız MS Excell-dən istifadə etməklə qiymət siyahılarını göndərirlərmi?



Ümumi Xüsusiyyətlər

Mal ehtiyatı
LOGO START ilə Siz faktiki mal ehtiyatı səviyyənizi yoxlaya və idarə edə və beləliklə də mal ehtiyatının məbləğinə nəzarət edə bilərsiniz. Siz material kartlarına məhsullar əlavə edə və onların vahidləri haqda qərar verə bilərsiniz.
Siz orta, ölçülmüş orta, LİFO (axırıncı gəlib birinci satılan), FİFO (birinci gəlib birinci satılan), yaxud dövri orta qiymətləndirmə metodundan istifadə edərək dəyər əməliyyatlarını həyata keçirə bilərsiniz.
Siz məhsulları seriya və ya partiya nömrələri ilə izləyə bilərsiniz.
Siz materialların Özəl Kommunikasiya Texnologiyasını (PCT), eləcə də telekommunikasiya xidmətlərin tətbiq edilən xüsusi kommunikasiya vergisini onların xüsusiyyətləri ilə birgə müəyyən edə və bu informasiyalardan öz sifariş blankları və ya hesab-fakturalarınızda istifadə edə bilərsiniz.
Alğı və Satqılar
Sifariş sistemə daxil olandan sonra LOGO START ilə Siz tələnb olunan sənədləri hazırlamağa başlayaraq və hesab-fakturanın təqdim edilməsi və çatdırılma mərhələsinə əməl etməklə satışdan yola salmayadək bütün prosesi idarə edə bilərsiniz. Əgər satış sifarişi malın faktiki məbləğindən yuxarı olarsa, Siz avtomatik şəkildə əks sifariş verə bilərsiniz.
Siz eyni satış şərtlərini bütöv sifariş blankı, göndərilmə blankı və hesab-fakturada, yaxud ayrılıqda bu cür sənədlər daxilində yenicə seçilmiş materiallarda tətbiq edə bilərsiniz.
Bu cür məhsul üçün Siz istənilən valyutadan istifadə etməklə müştəri üzrə lazım olduğu qədər çox satış qiymətləri müəyyən edə və bu cür qiymətlərin tətbiqi üçün tələb olunan parametrləri göstərə bilərsiniz. Siz hər bir material və ya xidmət üçün satış qiymətlərini ayrılıqda və ya qrup şəklində daxil edə və qiymətlərin tətbiq ediləcəyi tarixi göstərə bilərsiniz. Siz qrup şəklində bu qiymətləri dəyişə də bilərsiniz.
Siz hər bir satıcı üzrə satış planını müəyyən edə və bununla da planlara müvafiq olaraq satış göstəricilərini ölçə bilərsiniz.
LOGO START malların sifariş verilməsindən onların çatdırılması və hesab-fakturanın təqdim edilməsinədək alğı əməliyyatının bütün mərhələlərini idarə etməyə Sizə imkan yaradır. Siz tez bir zamanda cari ödənişlər və qiymət, endirim, bu qiymət və endirimlərin tətbiq edildiyi dövrlə bağlı ödəniş şərtləri və xərclər kimi əhəmiyyətli informasiyalara çıxış əldə edə bilərsiniz.
Maliyyə
LOGO START Maliyyə-nin müştəri və satıcının AR/AP-lərini, banklarını, kredit kartları, çeklərini, borc iltizamlarını və seyf depozitlərini yoxlamaq və eləcə də nağd pul axınının monitorinqini aparmaq qabiliyyətinə malikdir. Pul vəsaitlərinin ödəniş və yığımı Sizin bütün ehtiyaclarınıza cavab vermək üçün kifayət qədər çevikdir. Tətbiqetmə öncədən müəyyən edilmiş qayda və məhdudiyyətlər çərçivəsində riskin qiymətləndirilməsini həyata keçirir.
Siz hesab növünü seçməklə banklarda biznes və kredit hesablarının uçotunu və yerli və xarici valyutalarda olan bu hesablarla bağlı əməliyyatların monitorinqini apara bilərsiniz. Siz kredit kartları ilə əlaqəli bank hesablarını müəyyən edə və müvafiq komisyon ödənişi etməklə vaxtı keçirilmiş ödəniş planları yarada bilərsiniz. Satış əməliyyatları kredit kartından istifadə etməklə aparılan zaman bankdan alınmış ödənişlər də işlənə bilərlər. Siz həmçinin bank kreditlərinizi və pul vəsaitlərinin qaytarılması qrafiklərini izləyə bilərsiniz. Beləliklə, LOGO START bank kredit hesablarınızın monitorinqinin asanlıqla aparılmasında Sizə kömək edir.

Siz AR/AP, bank, çek/borc iltizamı və işçi əməliyyatlarını seyf depozitləri vasitəsilə sənədləşdirə və tələb edilən dövrü seçməklə seyf depoziti haqda hesabat əldə edə bilərsiniz.
Ümumi Mühasibatlıq Dəftəri
LOGO START yerli normativ aktlara tam şəkildə uyğun gəlməyə imkan verir. Hesabların standart planları avtomatik şəkildə yaradılır. LOGO START-ın çevik strukturundan yararlanaraq Siz tələblərinizə uyğun gələn hesabların əsas planı üzrə hesab və sub-hesabların iyerarxiya planını müəyyən edə bilərsiniz. Siz tətbiqetmənin digər hissələrində yerinə yetirilən əməliyyatlar üzrə bu cür əməliyyatları G/L -ə daxil etməklə avtomatik şəkildə blankları yarada bilərsiniz.
Siz özünüzün şəxsi maliyyə cədvəllərinizi müəyyən edə və kifayət qədər təfərrüatlı, qanun tərəfindən tələb olunan cədvəlləri qura bilərsiniz.
İstehsal
Məhsul ağacının köməkliyi ilə Siz LOGO START yarada bilərsiniz, bu zaman istehsal prosesinə nəzarət etmək asan olacaq. Siz tələb olunan hazır malları, yarı-hazır malları və istehlak mallarının tələb olunan məbləğini daxil etməklə istehsal prosesinə rəvac verə bilərsiniz. Siz istehsal mərhələlərini müəyyən edə və lazım olan yarı-hazır malları vaxtında istehsal etmək üçün tələb olunan malların siyahlarını tərtib edə bilərsiniz.
Yerinə yetirilməyə yardım edilməsi sistemləri üzrə Rəhbərliyin qərarı
LOGO START unikal hesabatlılıq vasitəsi təqdim edir. Bu interaktiv hesabatlılıq vasitəsindən istifadə etməklə Siz öz hesabatlarını tərtib edə və saxlaya, və öz dizayn meyarlarınızdan yenidən və yenidən istifadə edə bilərsiniz. Siz həmçinin hesablarınızı qruplaşdıra, onları cədvəllərə və aralıq hesabatlarına daxil edə bilərsiniz. Başqa sözlə, LOGO START –ın hesabatlılıq vasitəsi Sizə öz hesablarınıza tam şəkildə nəzarət etmək imkanı verir.
• LOGO START-dan Naviqator proqramı
Naviqator proqramı LOGO START və MS Excel arasında dinamik əlaqə yaradaraq Sizə onlayn sistemində saxlanılan informasiyalara çıxışı təmin edir və LOGO START-dan istifadə etmədən real vaxt hesabatları və qrafiklərini götürməyə imkan verir. Naviqator proqramı Sizə şirkətinizin gələcəyi haqda vaxtında və düzgün qərarlar çıxarmaq imkanı yaradır.

LOGO START PERFORMA-sı
Performa istifadəsi asan olan, Sizin saniyələr ərzində biznes məqsədlərinizə uyğun gələn hesabatlar yaratmağa qadir, çevik hesabatlılıq xüsusiyyətinə malik olaraq istənilən növ əməliyyat və maliyyə informasiyalarından istifadə etmək üçün işlənib hazırlanmışdır. Tətbiqetmənin yaradılmış alğı üzrə hesabatları tam şəkildə Sizin qabaqcıl hesabatlılıq tələblərinizə cavab verir! Performa ilə dəyər yaratmaq üçün informasiyalardan istifadə edin!

Logo Business Solutions

Loqo 1984-cü ildən bəri bir sıra müxtəlif sənaye sahələrində fəaliyyət göstərən müştəri bazasına çoxlu sayda İnteqrasiya olunmuş Biznes Tətbiqetməsi paketlərini təklif edir. Loqo daima öz müştərilərinin rəqabətlilik bacarıqlarını artırmağa çalışır.
Şirkətin məhsulu hazırda 150,000 şirkətin 1,000,000-dan yuxarı istifadəçilərinə xidmət göstərir və 23 ölkəni, 10 dili əhatə edir.
Məhsulumuz haqqında rəylərinizi xüsusi məhsul saytımızda öyrənmək istərdik: www.startwithlogo.com

Hörmətlə
Logo Business Solutions


Siz Azərbaycandakı səlahiyyətli dilerlərindən bu xidmətləri ala bilərsiniz :
 Logo Standard Məhsulu üzrə Treninq
 Yardım Paketləri
 Telefon vasitəsilə və ya Web vasitəsilə yardım
 Logo Üzvlüyü
 Sifarişli Treninq
 Sifarişli Yardım

Admin
Admin

İsmarıc sayı : 78
Age : 45
Registration date : 18/09/08

http://www.ress.az

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.